Strukturlaşdırılmış Oyun üçün Bacarıq və İdeyalar

Arzuolunmaz davranışların arzuolunan davranışlara çevrilməsi planlı, sistemli və qərarlı olmağı tələb edən bir prosesdir. Uşaqda möhkəmlənməsini istədiyimiz müsbət davranış diqqətlə seçilib və mükafatla dəstəkləndiyi zaman davranış dəyişikliyi daha tez və effektiv olur, ancaq davranış dəyişikliyində mükafatdan istifadə sistemli və hədəfə uyğun olmadıqda faydadan çox zərər verə bilir. Buna görə də mükafatlandırma sistemi yaxşı bilinməli, hansı zamanda hansı miqdarda və mükafatın hansı növündən (görünən, sosial və s.) istifadə edilməsi, mükafatın nə zaman və hansı miqdarla geri çəkilməsi (söndürülməsi) çox yaxşı planlaşdırılmalıdır.

Bu təlim ilə siz, uşaqlarda davranış dəyişikliyinə dəstək olmaq üçün kömək edəcək müxtəlif möhkəmləndirici üsullarla daha yaxından tanış olacaqsınız. Problemli davranışı azaltmaq səyləri üçün müsbət və mənfi gücləndirməni, həmçinin gücləndirmə və davranışı tamamən aradan qaldırma cədvəlləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Mükafatlandırma prosesinin təsviri, növləri və istifadə üsulları haqqında ətraflı biliklər əldə edərək, mükafatlandırma və mükafatın geri çəkilməsi (söndürülməsi) prosesini necə təşkil etməli olduğunuz barədə aydın təsəvvürlərə yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Davranış möhkəmləndirməsinin tarixi kökləri
  • Davranış möhkəmləndirməsinin təsviri və növləri
  • ƏDN cədvəli
  • Davranış dəyişikliyində mükafatlandırma
  • Mükafatlandırmanın növləri və istifadə rejimləri və söndürülməsi
  • Möhkəmlənmənin effektivliyinə təsir edən amillər
  • Üstünlük verilən seçimlərin qiymətləndirilməsi
  • Fəaliyyət Cədvəlinin təsviri, növləri və istifadə qaydaları