Erkən Uşaqlıq Dövründə Əlilliyin Anlaşılması (Autizm Spektrum Pozuntusu, Diqqət Əksikliyi və Hiperaktivlik Sindromu)

Uşaq inkişafı dedikdə müəyyən zaman çərçivəsində bacarıqların inkişafında müəyyən yaş qrupunda olan uşaqların keçdikləri dəyişikliklər prosesi nəzərdə tutulur. Bu bacarıqlar inkişaf mərhələləri adlanır. Bu mərhələlərə müxtəlif amillər təsir edir və nəticədə bəzən uşaqlar gözlənilən yaş həddində o yaşa uyğun olan bacarıqları əldə etməmiş olurlar. Bunun genetik, xəstəliklər, ətraf mühit amilləri və s. səbəbləri ola bildiyi kimi bəzi hallarda isə ümumiyyətlə səbəbləri bilinmir. Uşağın inkişafında yaranmış ləngimənin/gecikmənin səbəbini bilmək həm profilaktika , həm də müdaxilə önəmlidir. Ləngimələrin/geriliklərin xüsusiyyətlərini bilmək bizə uşağın ehtiyaclarına uyğun reabilitasiya proqramını təşkil etməyə imkan verir.

Bu təlim ilə siz, əlilliklər və ümumi inkişaf gerilikləri, həmçinin risk faktorları haqqında ümumi məlumatlara yiyələnəcəksiniz. Təcrübədə ən çox rast gəlinən Autizm Spektrum Pozuntusu ,Diqqət Əksikliyi və Hiperaktivlik Sindromunun xüsusiyyətləri, erkən xəbərdaredici əlamətləri haqqında detallı məlumat alaraq reabilitasiya prosesində istifadə olunan üsullarla tanış olacaqsınız. Təlimin sonunda hər bir diaqnoz üçün ayrı-ayrılıqda reabilitasiya prosesinin təşkilində diqqət yetirməli olduğunuz məqamlar haqqında biliklərər yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Əlilliklər haqqında ümumi təqdimat
  • Ümumi İnkişaf Geriliyinin əsas xüsusiyyətləri
  • Autizm Spektrum Pozuntusunun əsas xüsusiyyətləri və reabilitasiya yanaşmaları
  • Diqqət Əksikliyi və Hiperaktivlik Sindromunun əsas xüsusiyyətləri və reabilitasiya yanaşmaları