Erkən Yaşlarda böyümə və İnkişaf – İnteqrasiya Olunmuş Yanaşma

Uşaqlıq dövründə uşağın gələcək həyatının bünövrəsi qoyulur, gələcək həyatında istifadə edəcəyi bacarıqların təməlləri atılır. Həyatının ilk 5 ili ərzində uşağın beyni sürətlə inkişaf edir. Beyin yeniyetmə dövrünə qədər inkişaf etməkdə davam etsə də inkişaf sürəti yavaş olur. Buna görə də həyatın ilk 5 ili olduqca əhəmiyyətlidir və inkişafda ləngimələr və ya kənara çıxmalar məhz bu dövrdə aşkarlandığı zaman müdaxilə daha effektiv olur. Uşaq inkişafında ləngimələri/kənara çıxmaları müəyyənləşdirə bilmək üçün isə tipik uşağın necə böyüdüyünü və inkişaf etdiyini bilmək vacibdir.

Bu təlim ilə siz erkən uşaq inkişafının əsaslarını və beynin erkən yaşlarda necə inkişaf etdiyi barədə ətraflı məlumatlar əldə edəcəksiniz. Müxtəlif alimlərin (Maslov, Piaget, Vıqotski) inkişaf nəzəriyyələri haqqında biliklərə yiyələnəcəksiniz. Hissiyat sistemi və İnkişaf Sahələri/Bacarıq qrupları haqqında daha ətraflı öyrənərək, uşaqlıq dövründə inkişaf sahələri arasında asılılıq/əlaqə barədə biliklərə yiyələnəcəksiniz. Uşağın inkişafına təsir edən və ləngidən faktorlar haqqında biliklərə yiyələnərək praktikanızda nələrə diqqət etməli olduğunuz barədə təsəvvürlərə malik olacaqsınız.
Uşağın inkişafda geri qalmasını müəyyən etmək üsulları barədə məlumatlanacaqsınız.
Təlimin Məzmunu:

  • Nə üçün tipik və ya “normal” inkişafı öyrənmək lazımdır?
  • İlk 5 yaşın uşağın tipik inkşafı üçün vacibliyi
  • İnkişafın müxtəlif sahələri üçün nəzəriyyələr
  • Maslovun Ehtiyaclar İerarxiyasının diaqramı
  • Bacarıq qrupları
  • Uşağın İnkşafını əks etdirən cədvəllərdən necə istifadə etmək lazımdır?
  • Uşağın inkşafını ləngidən faktorlar