Haqqımızda

Haqqımızda

Kurs UAFA təşkilatı və Vaşinqton Corctaun universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü əsasında ərsəyə gəlmişdir. 24 həftəlik CHED baza kursu 0-8 yaş arası uşaqlarda “Erkən uşaq inkişafının əsasları” barədə bilikləri təqdim edir. Təlim kursu, hər biri 12 həftəlik, 2 komponentdən ibarətdir.  Hər dəfə 2 saatlıq məşğələlər şəklində, həftədə 2 dəfə olmaqla, 12 həftə davam edəcək. Kursun ilk komponenti   nəzəri və praktiki bilikləri özündə əks etdirir. İkinci komponent isə praktiki komponent olub, yeni öyrənilmiş bacarıqların praktikada tətbiqinin mentorinqinə əsaslanır. Bu dövrdə mentorinq vasitəsilə iştirakçıların praktiki bacarıqları inkişaf ediriləcək.  Sonda, hər bir iştirakçının portfoliosu UAFA tərəfindən son dəyərləndirilmə  üçün Corctaun Universitetinə təqdim olunacaq  . Bu kurs iştirakçılara gələcəkdə tam bakalavr / magistr təhsili  zamanı kreditlər verəcəkdir. (Kreditlərin keçərliliyi yalnız Azərbaycandakı universitetlərlə məhdudlaşır). Hər dəfə 2 saatlıq məşğələlər şəklində olmaqla həftədə 2 dəfə ,12 həftə davam edəcək kursun sonunda istirakçılar test imtahanından keçiriləcək, həmçinin Corctaun universiteti tərəfindən  virtual (online) qiymətləndirilmə aparılacaq.   Testdən uğurla keçən şəxslərə Vaşinqton Corctaun universiteti adından Sertifikatlar təqdim olunacaq.

Xidmət sektoru

  • Reabilitasiya / abilitasiya xidmətləri
  • İcma əsaslı reabilitasiya
  • Psixoloji, pedaqoji və loqopediya  xidmətləri  
  • Sizin bu kursda iştirak etməniz üçün ali təhsilli olmağınız vacib deyil!
  • İnklüziv  təhsil
  • Erkən müdaxilə
  • Kursun dili: Azərbaycan, İngilis (tərcümə ilə)

Resurslar

CHED kursunun rəhbərliyi: İlk məşğələdə iştirakçılara təqdim olunacaq.

Materialların nüsxəsi: Hər bir məşğələdə iştirakçılara keçilən mövzuya aid materiallar təqdim olunacaq.

                                                            Əsas qaydalar

  • İştirakçıların bütün məşğələlərdə iştirakı vacibdir. Çox ciddi səbəbdən iştirak edə bilməyəcəyiniz halda fakültə üzvləri ilə bunu müzakirə etməlisiniz.
  • Mobil telefonların məşğələ zamanı istifadəsi yolverilməzdir.
  • Kursun sonunda qiymətləndirilmədən keçmək mütləqdir. Yalnız UAFA və Corctaun universiteti tərəfindən dəyərləndirilmədən müvəffəqiyyətlə keçmiş iştirakçılar sertifikatla təmin olunacaqlar.

Bu kurs kimlər üçün nəzərdə tutulur?

Hədəf qrupu 0-8 yaş aralığında olan uşaqlarla işləyən mütəxəssislərdir:

Sağlamlıq, təhsil və sosial sahələrdə işləyən mütəxəssislər (pediatrlar, psixoloqlar, nitq terapevtləri, nevropatoloqlar, fizioterapevtlər, inklüziv təhsil sahəsində çalışan müəllimlər və koməkçilər). Sağlamlıq, təhsil və sosial sahədə xidmət göstərən menecerlər üçün.

Qiymətləndirmə

Qiymətləndirmənin iki formada aparılması nəzərdə tutulur  

  1. Test: İştirakçıların test cavablarının dəyərləndirilməsi 12 həftənin sonunda həyata keçiriləcəkdir. Test sualları birbaşa kursda keçirilmiş materiallara aid olacaqdır. Bu test iştirakçıların kursda verilən bilikləri necə mənimsədiklərini dəyərləndirmək məqsədi daşıyır
  2. CHED kursu Portfoliosu

 CHED baza kursu Portfoliosu iştirakçılara erkən uşaqlıq dövrünə aid kursda əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmələri və praktiki bacarıqlarını zənginləşdirmələri məqsədi daşıyır. İştirakçılar Portfolio üzrə işləyəcək və fakültə üzvləri tərəfindən mentor olunacaqlar. Portfolio 6 tapşırıqdan ibarətdir.

Portfolio 6 ayın sonunda tamamlanacaq və kurs mentoru tərəfindən nəzərdən keçirildikdən sonra son dəyərləndirmə üçün Corctaun universitetinə göndəriləcək. Burda qiymət qoyulması nəzərdə tutulmur , yalnız iştirakçıların  baza biliklərini əks etdirdikləri portfolionun qəbul olunması nəzərdə tutulur.