Davranış Məsələləri və İdarəetmə Yanaşması

Davranışlarımız da bir ünsiyyət formasıdır. Problemli davranışlar heç nədən yaranmır. Bəzən bunun səbəbi uşaqla ünsiyyətdə ziddiyyətli (eyni istəyinə bəzən hə bəzən yox deməyimiz) davranmağımızdır. Bəzən isə uşağın özünənəzarət bacarıqlarının kifayət qədər inkişaf etməməsi ətrafında baş verən hadisələrə həddindən artıq reaksiya verməsi ilə nəticələnir. Səbəbi nə olursa olsun Buna görə də uşaqlarımızda müşahidə etdiyimiz davranış problemini aradan qaldırmaq üçün mütləq bu davranışın arxasında dayanan faktorları araşdırmalıyıq. Davranış problemini aradan qaldırmaq üçün sadəcə bu faktorları aşkarlamaq deyil,eyni zamanda problemli davranışın bir çox komponentini(müddəti, tezliyi və s.) də müşahidə edib araşdırmalıyıq.

Bu təlim ilə siz insan davranışının xarakteristikası haqqında ətraflı məlumat əldə edərək davranışların aydın təsvir ediməsi haqqında biliklərə yiyələnəcəksiniz. Davranış dəyişikliyinin tarixi kökləri, tətbiq sahələri haqqında biliklər formalaşdıraraq ondan necə istifadə etməli olduğunuz barədə təsəvvürlərə yiyələnəcəksiniz. Əvvəlcədən təyin olunan üç dövr, davranış və nəticə kimi tanınan ABC, həmçinin davranışı necə müşahidə etmək və qeydə almaq haqqında ətraflı biliklərə yiyələnərək davranış qiymətləndirmələri olan “Funksional Davranış Qiymətləndirməsi (FDQ)”, “Birbaşa Qiymətləndirmə” və “Dolayısı Qiymətləndirmə” ilə tanış olacaq və onlardan necə istifadə edə biləcəyinizi öyrənəcəksiniz.

Təlimin Məzmunu:

  • Insan davranışının təsviri
  • Davranışın xarakteristikası
  • Davranış dəyişikliyinin tarixi kökləri
  • Davranış dəyişikliyinin tətbiq sahələri
  • Funksional davranış qiymətləndirilməsi
  • Birbaşa və dolayısı qiymətləndirmə
  • Davranışı müşahidə etmək və qeydə almaq texnikaları