Deklarativ Ünsiyyət – Uşaq Və Ailələr İlə Ünsiyyətdə Praktiki Bacarıqlar

Əksər hallarda valideynlər və reabilitasiya işçiləri uşaqdan (xüsusilə Autizm Spektrum Pozuntusu olan uşaqdan) eyni sualı təkrar-təkrar soruşurlar və bununla sanki uşağı düzgün cavab verməyə yönləndirdiklərini düşünürlər. Uşaq asta-asta cavab verdiyi zaman onlar uşağın tənbəl olduğunu və ya qulaq asmadığını zənn edirlər. Buna görə də suallarını çox tez-tez, dönə-dönə və yüksək səslə soruşur və əmrlər verirlər. Onlar bunu, uşağı onlarla danışmağa təhrik etmək məqsədilə edirlər. Ancaq təcrübələr göstərir ki, bir sualın intensiv olaraq təkrarlanması ünsiyyət qurmağa və cavab tapmağa deyil, uşaqda stress, çəkinmə və ya qarışıqlığa səbəb ola bilir. Bunun əvəzinə Deklarativ Ünsiyyət, qeyri verbal jestlər və pauzalarla birləşərək ünsiyyəti təşviq etmək üçün daha təsirli bir yol ola bilər. Deklarativ Ünsiyyət spesifik cavablar tələb etmədən məlumatın bölüşdürülməsinə fokuslanmaqla uşağı ünsiyyətə dəvət edir. Ənənəvi yanaşmalar əvəzinə daha interaktiv və oyuna dayanan bir üsul olan Deklarativ Ünsiyyət həmçinin uşağı sizin nə dediyiniz barədə düşünərək öz qərarlarını verməsinə öyrəşdirmək üçün də istifadə edilə bilər.

Bu təlim ilə siz, Deklarativ Ünsiyyətin mahiyyəti və zərurəti haqqında təsəvvürlər əldə edəcəksiniz. Deklarativ ünsiyyəti imperativ ünsiyyətdən fərqləndirməyi təcrübədən keçirərək öyrənəcək, ASP-li uşaqlarla işləyərkən deklarativ ünsiyyətdən necə istifadə edəcəyiniz barədə biliklərə yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Deklarativ ünsiyyətin təsviri və zərurətləri ilə tanışlıq
  • Deklarativ ünsiyyət ilə İmperativ ünsiyyətin müqayisəsi
  • Deklarativ dilin təsviri və istifadə məqsədləri
  • Autizm spektrli uşaqlar üçün deklarativ dil materiallarının istifadəsinin faydaları haqqında