Qiymətləndirmədən Müdaxiləyə – Qiymətləndirmə Məlumatlarından istifadə Etməklə Oyun-Əsaslı İnkişaf Planı Hazırlamaq

Uşaq inkişafında ləngmələrin/geriliklərin olub-olmadığı qiymətləndirmə prosesi ilə aşkarlanır. Aşkarlanmış ləngimələrə/geriliklərə əsasən uşağın inkişafının dəstəkənməsi isə uşağın ehtiyaclarına ən optimal müdaxilə üsulunun seçilməsi, planlaşdırılması və təşkil olunmasını tələb edir.

Bu təlim ilə siz, reabilitasiya prosesinin təşkilində hansı mərhələləri izləməli olduğunuz barədə məlumatlar əldə edəcəksiniz. Qiymətləndirmə nəticələrini istifadə etməklə uşağın yaşına və inkişaf səviyyəsinə uyğun müdaxilə tipinin seçilməsi və planlaşdırılması prosesi ilə uşaqla işləyərkən diqqət yetirməli olduğunuz məqamlar haqqında biliklərə yiyələnəcəksiniz. Məşğələ növləri haqqında ümumi məlumat əldə edərək, qiymətləndirməyə əsasən fərdi məşğələnin planlaşdırılması, oyun-əsaslı fərdi inkişaf planının hazırlaması və istifadə qaydasını öyrənəcəksiniz. Təlimin sonunda “Uşaq İnkişaf Planı Cədvəli” sizə təqdim olunacaq.

Təlimin Məzmunu:

  • Reabilitasiya prosesinin mərhələləri
  • Qiymətləndirməyə əsasən planlaşdırma prosesi və qaydaları
  • Uşaqla müdaxilə tipinin planlaşdırılması
  • Məşğələ növləri
  • Uşaqla işləyərkən yanaşma qaydaları
  • Uşaq inkişaf planının hazırlanması və istifadə qaydaları