İnklüziya

İnklüziya, dilindən, dinindən, irqindən, sosial-iqtisadi statusundan, xüsusi ehtiyacı/əlillik vəziyyəti və s. olub-olmamasından asılı olmayaraq bütün insanların öz həyatlarında aktiv rol alaraq yaşadığı cəmiyyətin tam fəal üzvünə çevrilməsini müdafiə edir. İnklüziv cəmiyyətin yaradılması inklüziv təhsilin təşkili ilə birbaşa əlaqəlidir. İnklüziv Təhsil, anlayışlı olmağı təşviq edir, diskriminasiyanı azaldır və sosial inteqrasiyanı gücləndirir. Erkən uşaqlıq dövründən etibarən inklüziv təhsil, kimliyindən və inkişaf səviyyəsindən asılı olmayaraq bütün uşaqları əhatə etdiyi üçün onların potensiallarını maksimuma çıxarmağa beləliklə də gələcəkdə cəmiyyətdə aktiv rol almalarına dəstək olur. İnklüziv təhsilin ayrılıqda fərdlər üçün deyil, eyni zamanda cəmiyyət və iqtisadiyyat üzərində də faydaları olduqca əhəmiyyətlidir.

Bu təlim ilə siz, inklüziyanın təsviri, əhəmiyyəti və məqsədləri haqqında daha ətraflı biliklərə yiyələnəcəksiniz. Mövcud qanunvericilik və beynəlxalq təcrübəyə əsaslanaraq və müxtəlif təhsil modellərini müqayisə edərək inklüziv təhsilin təşkili barədə ətraflı məlumat əldə edəcəksiniz. İnklüziyanı dəstəkləmək üçün metodlar və əlilliyi olan uşaqlar üçün inklüziyanı necə reallaşdırmaq məsələləri haqqında ətraflı biliklərə yiyələnərək, inkluziya və inkluziv təhsilin təşviqində necə rol oynaya biləcəyiniz barədə aydın təsəvvürlərə yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Beynəlxalq Qanunvericilikdə İnklüzivlik
  • Əlillik vəziyyətinə yanaşma modelləri
  • Təhsil modelləri
  • İnklüziv Təhsil nədir?
  • İnklüziyanı dəstəkləyən bilik və alətlər