Strukturlaşdırılmış Oyun üçün Bacarıq və İdeyalar

Uşaqlar dünyanı oyunlar vasitəsilə kəşf edirlər. Oyun zamanı bəzi bacarıqları yeni öyrənirlər, bəzilərini isə təcrübədən keçirib inkişaf etdirirlər. Uşaqlar böyüdükcə oyunun müxtəlif mərhələlərindən keçdikləri kimi, müxtəlif yaş aralığında da oyunun müxtəlif tiplərinə üstünlük verirlər. Belə ki, kiçikliyində tək başına oynayan uşaq böyüdükcə və sosial bacarıqları inkişaf etdikcə artıq qrup şəklində oynanılan oyunlara üstünlük verir. Bu müddətdə isə valideynləri narahat edən məsələlərin biri də uşaqlarını oyuncaqla necə təmin etmək olur, çünki bəzən oyuncaqlar ailənin büdcəsinə uyğun olmaya bilir.

Bu təlim ilə siz, uşaqların hansı yaşda hansı oyun tipinə üstünlük verdiyi barədə ətraflı biliklər əldə edəcəksiniz. Əlinizin altında olan materiallardan istifadə edərək necə oyuncaqlar hazırlaya və bu oyuncaqlardan oyunun 4 mərhələsində necə istifadə edə biləcəyiniz barədə təsəvvürlərə yiyələnəcəksiniz. Ailələrə ev əşyalarından oyuncaq kimi necə istifadə edə biləcəkləri barədə məsləhətlər vermək haqqında fikirlər qazanacaqsınız.

Təlimin Məzmunu:

  • Oyun tipləri
  • Evdə oyuncaq düzəltmək
  • Eyni oyuncaqdan oyunun 4 mərhələsində necə istifadə etmək olar?
  • Oyunda ev əşyalarından necə istifadə etmək olar?