Skrininq, Qiymətləndirmə, İnkişafın dəyərləndirilməsi – Uşaq Haqqında Məlumatın Toplanması

Uşaqların inkişafında ləngimələrin olub-olmadığının müəyyənləşdirilməsi tibb işçilərinin, valideynlərin, psixoloqların, pedaqoji mütəxəssislərin və sosial işçilərin səylərinin birləşdirilməsini tələb edən multidisiplinar vəzifədir. Bunu müəyyənləşdirmənin geniş yayılmış üsulu isə standarlaşdırılmış testlərlə uşağın inkişafının qiymətləndirilməsidir. Ancaq standartlaşdırılmış testlərlə qiymətləndirmə uzun vaxt və resurslar tələb edən bir prosesdir. Buna görə də hal-hazırda dünyada standartlaşdırılmış testlərdən əvvəl Skrininq Testlərindən istifadə edilir. Skrininq testləri daha qısa müddətdə daha çox uşağın qiymətləndirilərək inkişaf gecikmələri olan uşaqların erkən aşkarlanması baxımından olduqca önəmlidir. Skrininq testləri mütəxəssislərə daha dərin qiymətləndirmənin növbəti addım olub-olmadığını müəyyənləşdirməyə kömək edir. Çox hallarda skrininq daha dərin qiymətləndirməyə ehtiyacı aradan qaldırır.

Bu təlim ilə siz, uşağın inkişafına dair məlumatların toplanması səbəblərini anlayacaq, bunun istifadə edilən məlumat toplama metoduna ( skrininq, dəyərlədirə, qiymətləndirmə) necə təsir etməsi və onlar arasındakı praktiki fərqləri başa düşəcəksiniz. Müxtəlif skrininq alətlərinə nümunə (yaş və mərhələlər, Denver, IDIR-GMSD) və qiymətləndirmə alətləri (Gündəlik Yaşam Fəaliyyətləri Qiymətləndirməsi, Step by Step) haqqında məlumatlar əldə edəcəksiniz. Autizm skrininq testi olan “M-chat” sizə təqdim olunacaq.

Təlimin Məzmunu:

  • Skrininq anlayışı, skrininq növləri, alətləri və metodları;
  • Skrininqi kimlər keçirir;
  • Təcrübədə ən çox istifadə edilən skrininq testləri;
  • Verbal və qeyri-verbal testlər;
  • Skrininqin nəticələri əsasında dərin qiymətləndirmə.