Mühit və Uşaqlıq Təcrübəsinin Uşağın İnkişafına Təsiri

Həyatlarının ilk illərində etinasızlıq, zorakılıq, məişət problemləri,yoxsulluq, təbii fəlakətlər, müharibə və s. kimi hallarla üzləşmələri uşaqların neqativ uşaqlıq təcrübələri yaşamasına səbəb olur. Statistik olaraq, hər bir ölkədə təxminən hər 3 uşaqdan 2-i ən azı bir neqativ uşaqlıq təcrübəsi, hər 5 uşaqdan 1-i isə 3 belə təcrübə yaşayır. Neqativ uşaqlıq təcrübələrinə (NUT) həm birbaşa uşağın yaşadığı mənfi hallar (məs: birbaşa uşağa qarşı zorakılıq),həm də uşağı əhatə edən ətraf mühitdə qarşılaşdığı mənfi təcrübələr də (məs: anaya qarşı zorakılıq) aid edilir. Araşdırmalar göstərir ki, NUT bütünlükdə uşağın inkişafına, xüsusən də qavrama və akademik bacarıqlarına mənfi təsir göstərə bilir. Uşaqlıqda yaşanan hər bir neqativ təcrübə uşağın gələcək həyatında sağlamlıq və sosial problemlər riskini artırır.

Bu təlim ilə siz, Uşaqlıqdakı Neqativ Təcrübələrini ayırd etməyi ,təsvir etməyi öyrənməklə yanaşı NUT-un səbəblərini müəyyənləşdirə biləcək və həmçinin nəticələri barədə biliklərə yiyələnəcəksiniz.Nədən son zamanlarda NUT-a bu qədər çox diqqət göstərilərək öyrənildiyini düşəcəksiniz. NUT-u Azərbaycan kontekstində anlayaraq bu barədə daha dəqiq/konkret fikirlər irəli sürə biləcəksiniz. NUT-un uşağın ümumi inkişafına (qavrama, davranış, sosiallaşmaq, sağlıq və yetkinlik həyatı) təsirini öyrənərək, aərbaycan kontekstində ən çox üzləşilən NUT lar barədə fikir mübadiləsi aparacaqsınız

Təlimin Məzmunu:

  • NUT-un təyini və giriş (ÜST)
  • NUT-la əlaqədar uzunmüddətli sağlıq və sosial risklər
  • NUT-un beynin inkişafına təsiri
  • Yoxsulluq və NUT – nə üçün yoxsulluq uşağın ümumi inkişafına zərərlidir
  • Azərbaycan kontekstində NUT
  • Müəssisələrin uşağın ümumi inkişafına təsirlərini
  • “The Brain Architecture” (Beyin Memarı) oyunu