Davranışla Bağlı Çətinliyi olan Uşaqları Necə Başa Düşməli və Dəstək Göstərməli

Uşaqlar, adətən, müxtəlif situasiyalarda fərqli davranırlar. Misal üçün, bağçada/məktəbdə bir cür davranan uşaq, nənə-babanın yanında tamam başqa cür davrana bilir. Bununla birlikdə, zaman-zaman bütün uşaqlar özünü “pis aparırlar”. Yox sözünün nə vaxt doğrudan da “Yox” mənasında olduğunu öyrənmək üçün limitləri zorlamağa çalışırlar. Problemləri həll edərkən əksər uşaqlarda qəzəb partlayışları olur və ya aqressiv davrana bilirlər. Bütün bunlar böyümək və müstəqil olmağı öyrənməyin tərkib hissələridir və əksər uşaqlar valideynə qulaq asmamağın, qışqırıb-ağlamağın, digərlərini vurmağın və s. nə nəticələr verdiyini öyrənirlər. Ancaq bəzi uşaqlar nəticələrin nə olmasından asılı olmayaraq qəzəbli, hiddətli və aqressiv davranmağa davam edirlər. Bu cür hallar isə uşaqlara qayğı göstərən şəxsləri nəyisə səhv etdiyini düşünərək təccübləndirə, kədərləndirə və narahat edə bilir.

Bu təlim ilə siz, uşaqların müxtəlif situasiyalarda fərqli davranma səbəblərini anlayacaqsınız. Təcrübədə rastlanan davranış pozuntuları, səbəbləri, risk faktorları və əlamətləri haqqında ətraflı biliklərə yiyələnəcəksiniz. Fərqli davranış çətinliyi olan uşaqlarla işləyərkən hansı strategiyalardan istifadə edə biləcəyinizi öyrənərək, valideynlərə bu istiqamətdə düzgün məsləhətləri necə verməli olduğunuz barədə təsəvvürlərə yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Davranışının təsviri və müxtəlif situasiyalarda baş verən davranışları anlamaq
  • Pozucu Davranış Problemləri (Disruptive Behavior Disorders)
  • Davranış Pozuntusu (Conduct Disorder)
  • Müxalifətçi Ədəbsizlik/İtaətsizlik Pozuntusu (Oppositional Defiant Disorder)
  • Diqqət əksikliyi və hiperaktivlik sindromu və Davranış Problemləri
  • Narahatlıq Pozuntuları
  • Ümumiləşmiş Narahatlıq Pozuntusu (Generalized anxiety disorder (GAD))
  • Ayrılıq narahatlığı pozuntusu (Separation anxiety disorder (SAD))
  • Sosial narahatlıq pozuntusu (Sosial Fobiya)
  • Könüllü (seçimli) Danışmama/lallıq (Selective mutism (SM))
  • Spesifik Fobiya