Kurslar
Uşaq Sağlamlığının, Təhsilinin və Sosial Inkişafının Əsasları
12 həftəlik CHED Baza Kursunun ilk bölməsi iştirakçılar və fakultə üzvlərini, həmçinin kurs boyu tədris ediləcək CHED Baza Kursu tədris proqramını təqdim edəcək. CHED Baza Kursu Prinsipləri, kursun tələbləri və CHED Portfoliosu müzakirə olunacaq. Əlillik və həmçinin 0-8 yaş arası uşaqlara xidmət və dəstək göstərən qurumlar haqqında qısa tarixçə təqdim olunacaq.
Əlilliyin Ailə və Cəmiyyət Kontekstində Anlaşılması
Bu bölmə iştirakçıya əlilliyin ailəyə təsiri və xüsusilə də Azərbaycan kontekstində cəmiyyət faktorunun əlilliyi olan uşağın həyatına təsirini daha yaxşı anlama imkanı verəcək. Ailələrlə və uşaqlarla işləyərkən ailəyə-yönəlmiş yanaşmanın vacibliyini qeyd etməklə müxtəlif peşəkarların birgə işləyərək uşağın inkişafını necə optimallaşdırmaqdan bəhs ediləcək.
Əlilliyin Ailə və Cəmiyyət Kontekstində Anlaşılması
Aktiv Dinləmə Ailələrlə, uşaqlarla və mütəxəssislərlə işləyən zaman nəticələri və qarşılıqlı əlaqəni optimallaşdırmaq üçün vacib vasitədir. Bu bölmə Aktiv Dinləmə texnikalarını necə mənimsəmək və tətbiq etmək bacarıqlarını öyrədəcək , eyni zamanda iştirakçıların həmkarları ilə dinləmə bacarıqlarını tətbiq etmə üsullarını təcrübədən keçirməyə yönələcək.
Deklarativ Ünsiyyət – Uşaq Və Ailələr İlə Ünsiyyətdə Praktiki Bacarıqlar
Bu Bölmə Ünsiyyət Kimi vacib mövzunu genişləndirərək Deklarativ Ünsiyyət haqqında məlumatı təqdim edəcək. Deklarativ Ünsiyyət izah olunacaq və təcrübədən keçiriləcək. Deklarativ Ünsiyyət uşaqla əlaqə yaratmanın bir növüdür. Spesifik cavablar tələb etməkdənsə məlumatın bölüşdürülməsinə fokuslanmaqla ünsiyyətə dəvət edir. Bu həmçinin uşağı siz nə dediyiniz barədə düşünərək öz qərarlarını verməyə alışdırmaq üçün də istifadə edilə bilər. Bu uşaqlarla işləyərkən istifadə olunan ənənəvi yanaşmalardan daha interaktiv və oyuna dayanan bir üsuldur.
Erkən Yaşlarda böyümə və İnkişaf – İnteqrasiya Olunmuş Yanaşma
Bu bölmə erkən uşaq inkişafının əsaslarını və beynin erkən yaşlarda necə inkişaf etməsi mövzusunu əhatə edəcək. ‘İnkişaf domenləri/ mərhələləri’ termini, həmçinin uşaqlıq dövründə inkişaf sahələri arasında asılılıq/əlaqə barədə məlumat veriləcək.
Skrininq, Qiymətləndirmə, İnkişafın dəyərləndirilməsi – Uşaq Haqqında Məlumatın Toplanması
Gələcək həftələrdə iştirakçılar inkişaf qiymətləndirməsini və planını necə hazırlamağı öyrənəcəklər. Bu bölmə uşağın inkişafına dair məlumatların toplanması səbəblərini izah edəcək, bunun istifadə edilən məlumat toplama metoduna ( skrininq, dəyərlədirə, qiymətləndirmə) necə təsir etməsi və onlar arasındakı praktiki fərqləri izah edəcək. Müxtəlif skrininq alətlərinə nümunə (yaş və mərhələlər, Denver, IDIR-GMSD) və qiymətləndirmə alətləri (Gündəlik Yaşam Fəaliyyətləri Qiymətləndirməsi, Step by Step) haqqında məlumatlar verəcəkdir
Mühit və Uşaqlıq Təcrübəsinin Uşağın İnkişafına Təsiri
Bu bölmə təcrübə və mühitin uşağın inkişafına təsirindən ətraflı danışacaq. Uşaqlıq təcrübələri uşaq həyatının müxtəlif sahələrinə əhəmiyyətli təsir göstərə bilər. Bu təcrübələrin müxtəlif növləri və onların qavrama, davranış və sağlamlığa potensial təsiri təqdim olunacaqdır.
İnkişaf Geriliklərinin və bacarıqların funksional Qiymətləndirilməsi
Bu bölmədə iştirakçılar uşağın bacarıqlarının qiymətləndirilməsini, inkişaf qiymətləndirməsi formasından istifadəni və uşağın qiymətləndirilməsi zamanı əməl olunmalı qaydaları öyrənəcəklər. Əlavə olaraq, iştirakçılar tipik uşaq inkişafı haqqında biliklər əldə edəcəklər (hər bir inkişaf sahəsinə aid spesifik olan bacarıqları və inkişaf ardıcıllığını). Bu, uşaqda inkişaf geriliyinin aşkarlanmasına yardımçı olacaq və sonrakı mərhələdə müdaxilə/reabilitasiya işini istiqamətləndirəcək.
Strukturlaşdırılmış Oyun – Əqli, Fiziki və Emosional İnkişafı Optimallaşdırmaq
Bu bölmə bacarıqları inkişaf etdirməyə həvəsləndirmək üçün uşağı cəlb etmək və əlaqəyə girməkdə oyundan bir alət kimi istifadəni təsvir edəcək. Biz həmçinin oyun inkişafının müxtəlif mərhələlərində müşahidə olunan uşağı inkişaf etdirərkən və hər bir oyun mərhələsində uşağın necə inkişaf etdiyini müzakirə edəcəyik. İştirakçılar UAFA Oyun Qiymətləndirmə Cədvəli ilə və hər bir oyun mərhələsində oyuncaqlardan necə istifadə ilə tanış olacaqlar. İştirakçılara gələn bölməyə başlayanadək oyuncaq düzəldilməsi ilə bağlı ev tapşırığı veriləcək.
Strukturlaşdırılmış Oyun üçün Bacarıq və İdeyalar
Bu bölmə iştirakçılara uşaq inkişafını analiz etmə bacarıqları verəcək. İştirakçı UAFA Oyun Qiymətləndirməsi Formasını doldurmaqla növbəti həftələrdə UAFA Uşaq İnkişafı Planından istifadəni öyrənəcək. İştirakçılar həmçinin düzəltdikləri oyuncaq/oyunları (ev tapşırığı) təqdim və müzakirə edəcəklər. Oyun-əsaslı qrup məşğələlərinin təşkili ideyaları ilə paylaşacaq
Erkən Uşaqlıq Dövründə Əlilliyin Anlaşılması
İştirakçılar Umumi İnkişaf Geriliyi, Daun sindromu, Serebral İflic, Autizm spektr problemləri, İntellektual əllilik (bir çox hallarda 5 yaşa qədər diaqnozlaşdırılmır) kimi tez-tez rast gəlinən əlilliklər barəsində biliklər əldə edəcək. İcmada müşahidə olunan hər bir əlilliyin ümumi xarakteristikaları müəyyən olunaraq müzakirə olunacaq.
Qiymətləndirmədən Müdaxiləyə – Qiymətləndirmə Məlumatlarından istifadə Etməklə Oyun-Əsaslı İnkişaf Planı Hazırlamaq
Bu bölməni bitirdikdən sonra iştirakçılar qiymətləndirmə nəticələrini istifadə etməklə uşağın yaşına və inkişaf səviyyəsinə uyğun oyun-əsaslı plan hazırlamağa nail olacaqlar.
Erkən Yaşlarda Nitq İnkişafı
İştirakçılar erkən uşaqlıq dövründə ünsiyyət bacarıqlarının bir qayda olaraq necə inkişaf etdiyi haqqında öyrənəcək. Bölmə şifahi və qeyri-şifahi ünsiyyət texnikaları, erkən uşaqlıq dövründə dil inkişafı mövzusunu əhatə edəcək, həmçinin uşağın tək ailəsində/qayğı göstərənləri ilə deyil, həm də daha çox insan arasında effektiv ünsiyyət qura bilməsi vacibliyini nəzərə çatdıracaq. Nitq terapiyası barəsində yanlış fikirlər də müzakirə olunacaq.
Nitq İnkişafını Asanlaşdıran və Ünsiyyəti Optimallaşdıran Praktiki Bacarıqlar
Bu bölmədə uşaqları ünsiyyətdə dəstəkləmək üçün müxtəlif vasitələr və texnologiya təsvir ediləcək. Auqmentativ və Assistiv Ünsiyyət formalarının təkcə nitqi dəyişmək və ya dəstəkləmək metodu deyil, həm də ünsiyyəti inkişaf etdirmə və stimullaşdırma metodu olduğu müzakirə olunacaq. Ünsiyyət lövhələri və digər alətlərdən praktiki istifadə də nümayiş olunacaqdır.
Davranışla Bağlı Çətinliyi olan Uşaqları Necə Başa Düşməli və Dəstək Göstərməli
Bu bölmə iştirakçılara xüsusi davranışların baş vermə səbəbləri də daxil olmaqla ümumilikdə qarşılaşdığımız müxtəlif davranış növlərini anlamaqda yardımçı olacaq. Bu qeyri-adi və çətin davranışların səbəblərini izah edəcək, uşağın davranışına müxtəlif cavab reaksiyalarını təsvir edəcək.
Özünü-requlyasiyaya Təşviq Etmə Texnikaları və Davranışın İdarə Olunmasında Ailələrin Dəstəklənməsi
Bu bölmə Funksional Davranış Qiymətləndirməsini təqdim edəcək və iştirakçıları uşağa özünü-requlyasiya bacarıqlarını inkişaf etdirməkdə kömək edən və arzuolunmaz davranışın qarşısını almaqda və ya idarə etməkdə istifadə olunan bəzi vasitələr ilə təmin edəcək.
Davranış Məsələləri və İdarəetmə Yanaşması
Bu bölmə davranış modifikasiyası tarixçəsi və davranış modifikasiyası yanaşmasının tətbiqi sahələrinə həsr olunacaq. Əvvəlcədən təyin olunan üç dövr, davranış və nəticə kimi tanınan ABC haqqında, həmçinin davranışı necə müşahidə etmək və qeydə almaq haqqında danışılacaq. Davranışın Funksional Qiymətləndirilməsinin Dolayısı və Birbaşa metodları da müzakirə olunacaq.
Arzuolunmaz Davranışlar üçün Əlverişli Texnika və Bacarıqlar
Bu bölmə uşaqlara dəstək olmaq üçün kömək edəcək müxtəlif möhkəmləndirici üsullarla daha yaxından tanış olma imkanı verəcək. Bu problemli davranışı azaltmaq səyləri üçün müsbət və mənfi gücləndirməni, həmçinin gücləndirmə və davranışı tamamən aradan qaldırma cədvəllərini nəzərdən keçirəcək.
Sensor Proseslərin Anlaşılması və Sensor Qıcığlandırıcılara Cavab
Bu bölmə Sensor Proseslərin məğzi barədə məlumat verəcək. Sensory processing beynimizin müxtəlif duyğu orqanlarımızdan bizə gələn məlumatları necə emal etməsini təsvir edən ümumi termindir. Bu sistemlər tam inkişaf etmədikdə, biz uşaqlarda beynimizin məlumatları müxtəlif yollarla emal etməsini görə bilərik. Bəziləri Sensor uyarıcıya həddən artıq cavab verirsə, bəziləri çəkingən və həssas olur. Bəziləri tamamən cavab vermirlər və sensor məlumatı itirirlər Üçüncü qrup gündəlik həyatlarında daha çox və ya daha güclü uyarıcıya ehtiyacı duyaraq ola bilsin ki, əlavə uyarıcılar axtarır. Bu bölmə belə tipik profilləri və yolları təsvir etməyə fokuslanacaqdır.
Sensor proseslər: Sinifdə və evdə məkan seçilməsi və uyğunlaşdırılması
Əvvəlki məşğələnin davamı olaraq bu məşğələ gündəlik həyatda sensor fəaliyyətlərin necə istifadə olunacağı barədə məlumat verəcək.
Öyrənmə İmkanlarının Artırılması
Uşağın inkişafını qiymətləndirmə və effektiv intervensiya bilikləri ilə təchiz olunmuş bu bölmə iştirakçını uşağın funksional hərəkət vasitəsilə ətraf mühitlə əlaqəyə girmək və öyrənmək imkanlarını artırmağa həvəsləndirəcək. Hərəkət və böyük motor bacarıqlarına təşviq etmək və həvəsləndirmək üçün müxtəlif texnikalar təqdim olunacaq. İştirakçı fiziki məhdudiyyətləri olan uşağa olduğu mühitdə mümkün qədər çox hərəkətlilik imkanı yaradan müxtəlif mövcud köməkçi cihazlarla tanış olacaq.
İnklüziv təhsil
İndiyədək keçilən bütün məlumatları bir araya gətirməklə, bu son məşğələ daha çox kurs iştirakçılarının inkluziya və inkluziv təhsilin təşviqində olacaq roluna əsaslanacaq. Bu mövzu mövcud qanunvericilik və beynəlxalq təcrübəyə əsaslanaraq , müxtəlif təhsil ssenarilərini müqayisə edəcək. İnklüziyanı dəstəkləmək üçün metodlar barədə məlumat veriləcək və əlilliyi olan uşaqlar üçün inklüziyanı necə reallaşdırmaq məsələləri müzairə olunacaq