Özünü-requlyasiyaya Təşviq Etmə Texnikaları və Davranışın İdarə Olunmasında Ailələrin Dəstəklənməsi

Davranışlarımız bir ünsiyyət formasıdır. Problemli davranışlar heç nədən yaranmır. Bəzən bunun səbəbi uşaqla ünsiyyətdə ziddiyyətli (eyni istəyinə bəzən hə bəzən yox deməyimiz) davranmağımızdır. Bəzən isə uşağın özünənəzarət bacarıqlarının kifayət qədər inkişaf etməməsi ətrafında baş verən hadisələrə həddindən artıq reaksiya verməsi ilə nəticələnir. Buna görə də uşaqlarımızda müşahidə etdiyimiz davranış problemini aradan qaldırmaq üçün mütləq bu davranışın arxasında dayanan faktorları araşdırmalıyıq. Funksional Davranışın Qiymətləndirilməsi alternativ davranışları öyrədən və ona sövq edən, effektiv və faydalı davranış müdaxilə planı hazırlamaq məqsədilə uşağın davranış(lar)ının quruluş və funksiyalarını anlamaq üçün aparılan məlumat yığımı prosesidir.

Bu təlim ilə siz, Funksional Davranışın Qiymətləndirilməsi (FDQ) haqqında ətraflı məlumat əldə edərək ondan nə zaman və necə istifadə edəcəyinizi öyrənəcəksiniz. Problemli davranışı müəyyənləşdirib təsvir etməyi öyrənərək, uşaqlara pozitiv davranışları öyrətmək üçün Davranış Müdaxilə Planının təşkili və tətbiqi barədə biliklərə yiyələnəcəksiniz. Özünənəzarətin nə olduğunu və əhəmiyyətini anlayaraq uşaqlarda Özünənəzarət bacarığının inkişaf mərhələləri haqqında məlumat əldə edəcəksiniz. Uşaqlara özünənəzarəti necə öyrətməli və onu necə inkişaf etdirməli olduğunuz barədə biliklər əldə edərək valideynlərə bu barədə necə dəstək göstərə biləcəyiniz haqqında təsəvvürlərə yiyələnəcəksiniz.

Təlimin Məzmunu:

  • Bir proses kimi Funksional Davranış Qiymətləndirməsi (FDQ)
  • Funksional Davranış Qiymətləndirmələrinin və müdaxilələrinin növləri
  • FDQ zamanı baş verənlər
  • Əsas FDQ texnikalarının tətbiqi
  • Özünənəzarətin əhəmiyyəti
  • Uşaqlıqda özünənəzarət mexanizminin inkişafı
  • Uşağa adekvat Özünənəzarət bacarıqlarını inkişaf etdirməyə necə kömək etmək olar?
  • Özünənəzarət ilə bağlı problemlər
  • Uşaqlı ailələr üçün praktiki Özünənəzarət həlləri