Strukturlaşdırılmış Oyun – Əqli, Fiziki və Emosional İnkişafı Optimallaşdırmaq
Oyun, uşağın həyatının ayrılmaz bir parçasıdır. Yetkin həyatımızda istifadə etdiyimiz bacarıqların bir çoxunu məhz uşaqlıqdavoynadığımız oyunlar vasitəsilə öyrənirik. Oyun vasitəsilə uşaqlar fiziki, əqli, sosial, emosional və s. bacarıqlarını təcrübədən keçirərək inkişaf etdirirlər. Uşaqlar oynaya biləcəkləri mühit və inkişaf səviyyəsinə uyğun oyuncaqlarla təmin olunduqda isə potensiallarını maksimum səviyyəyə çıxarmaq imkanı əldə edirlər.
Bu təlim ilə siz, bacarıqlarını inkişaf etdirməyə həvəsləndirmək üçün uşağı cəlb etmək və ünsiyyətə girməkdə oyundan bir alət kimi necə istifadə edəcəyiniz barədə biliklər əldə edəcəksiniz. Həmçinin uşağın inkişaf yaşına uyğun hansı oyun mərhələlərindən keçdiyini öyrənərək oyun mərhələsinə uyğun uşağın bacarıqlarını necə dəstəkləyə biləcəyiniz haqqında təsəvvürlərə yiyələnəcəksiniz. Uşaqlara oyuncaq alarkən və ya seçərkən nələrə diqqət etməli olduğunuzu öyrənməklə bərabər uşağın inkişaf səviyyəsinə uyğun hansı oyuncaqlara üstünlük verməli olduğunuz barədə biliklərə yiyələnəcəksiniz. Təlimin sonunda sizə “UAFA Oyun Qiymətləndirmə Cədvəli” təqdim olunacaq.
Təlimin Məzmunu:
- Oyun nədir və uşaqlar niyə oynayırlar? və ya Oyunun təsnifatı və uşağın inkişafına təsirləri
- Oyuncaq seçimi necə olmalıdır?
- Oyunun inkişaf mərhələləri
- Oyunun inkişaf mərhələlərinə uyğun oyun fəaliyyətləri və oyuncaq seçimi
- Oyun zamanı yanaşma qaydaları