Oyun: Qrup Məşğələ
İnsan sosial varlıqdır. Cəmiyyətdə iştirakımızı təmin edən bacarıqlarımızın təməlləri məhz uşaqlıq dövründə oynadığımız qrup oyunlarında atılır. Uşaqlar qrup daxilində həm sosial, nitq və s. bacarıqlarını inkişaf etdirirlər, həm də cəmiyyətdə qəbul görən davranış şəkillərini öyrənirlər. İnkişafında müəyyən problemlər olduğu halda isə uşağın qrup daxilində iştirakı daha da əhəmiyyət kəsb edir.
Bu təlim ilə siz, qrup məşğələsi, məqsədləri və uşaqlara təsirləri barədə ətraflı məlumatlar əldə edəcəksiniz. Uşaqların bütün bacarıqlarınının dəstəklənməsi üçün qrup məşğələsinin necə təşkil olunması barədə biliklərə yiyələnəcəksiniz. Ailələrin uşaqlarının potensiallarını real dəyərləndirə bilməsi üçün qrup məşğələlərdə iştirakının vacibliyini anlayaraq onları məşğələyə cəlb etmək haqqında təsəvvürlərə yiyələnəcəksiniz.
Təlimin Məzmunu:
- Qrup məşğələnin təsviri və məqsədləri
- Qrup məşğələdə iştirak edəcək uşaqları necə (hansı kirteriyalara əsasən) seçək?
- Qrup məşğələnin tərkib hissələri
- Qrup məşğələnin təşkili və keçirilməsində növbətçinin vəzifələri
- Ailələrin qrup məşğələdə iştirakı
- Qrup məşğələ mövzusu seçərkən nələrə diqqət etməli?