Nitq İnkişafını Asanlaşdıran və Ünsiyyəti Optimallaşdıran Praktiki Bacarıqlar

Hər bir bacarıq qrupunun inkişafında olduğu kimi nitq bacarıqlarının inkişafında da uşaqlar müxtəlif sürətlə də olsa eyni inkişaf yolunu izləyirlər. Bu inkişaf mərhələlərində uşaqların qarşıladıqları müxtəlif amillər (bioloji, genetik, ətraf mühit amilləri və s.) nitq bacarıqlarının inkişafına müsbət təsir edə biləcəyi kimi bəzən də inkişafı ləngidə bilir. Nitq bacarıqlarında erkən müəyyənləşdirmə və erkən müdaxilənin uşaqların bu bacarıqlara yiyələnməsindəki rolu olduqca əhəmiyyətlidir.

Bu təlim ilə siz, körpəlik dövründə nitq inkişafına təsir edən amillər barədə təsəvvürlərə yiyələnəcəksiniz. Uşaqların oyunlarının onların nitq inkişafına necə təsir etdiyi haqqında məlumatlanacaq, məktəb dövründə daha müvəffəqqiyyətli olmaları üçün uşaqların 0-6 yaş arasında öyrənməli olduqları ilkin bacarıqlar haqqında biliklər əldə edəcəksiniz. Uşaqların xüsusən nitq inkişafında mühüm yer tutan kitabları seçərkən yaş və digər amillər aspektindən nələrə diqqət etməli olduğunuz haqqında təvəvvürlərə malik olacaqsınız. Uşaqlarda nitq ləngiməsinin səbəbləri, təsir edən amillər və nitq probleminin ümumi əlamətlərilə tanış olmaqla bərabər günümüzdə ən çox rast gəlinən müxtəlif diaqnozlarda nitq inkişafı problemləri və nitq bacarıqlarının inkişafının dəstəklənməsində istifadə olunan strategiyalar haqqında biliklərə yiyələnəcəksiniz. Uşaqlara ikinci dil öyrədilərkən nələrə diqqət etməli olduğunuzu, ikidilli ailələrdə böyüyən uşaqların nitq inkişafını dəstəkləməkdə istifadə olunan strategiyaları öyrənəcəksiniz.

Təlimin Məzmunu:

  • Körpəlik dövründə nitq inkişafına təsir edən amillər
  • Uşaqlarda ortaq diqqətin inkişafı və nitq bacarıqlarının inkişafında rolu
  • Oyun və Nitq inkişafı
  • Oxuma-yazma bacarıqlarına yiyələnəbilmək üçün 0-6 yaş arasında uşaqların öyrənməli olduqları ilkin bacarıqları
  • Məktəbəqədər dördə olan uşaqlar üçün kitab seçərkən nələrə diqqət edilməli? Yaşa uyğun kitab seçimi
  • Uşaqlarda nitq ləngiməsinin təsviri, səbəbləri və əlamətləri
  • Uşaqlarda nitq ləngiməsinin diaqnostikası və qiymətləndirilməsi
  • Nitq ləngiməsi olan uşaqların inkişafının dəstəklənməsində istifadə olunan strategiyalar
  • Daun sindromunun təsviri və xarakteristikası
  • Daun sindromu olan uşaqların nitq bacarıqlarının inkişafının dəstəklənməsində istifadə olunan strategiyalar
  • Serebral İflici olan uşaqların nitq inkişafında müşahidə olunan çətinliklər, diaqnostikası və nitq inkişafının dəstəklənməsində istifadə olunan strategiyalar
  • Uşaqlarda nitq səsi pozuntuları
  • Autizm Spektrum Pozuntusu olan uşaqların nitq inkişafının dəstəklənməsində istifadə olunan strategiyalar
  • Uşaqlarda iki dillilik