İnkişaf Geriliklərinin və bacarıqların funksional Qiymətləndirilməsi
Hər bir uşaq eyni inkişaf yolunu izləyir, bacarıqları eyni ardıcıllıqla öyrənir. Bəzi uşaqlar bu inkişaf mərhələlərində sürətli irəliləsələr də, bəzilərinin bu mərhələləri keçməsi üçün əlavə dəstəyə ehtiyacı olur. Uşağa müəyyən bacarıqları öyrənməsi üçün ehtiyacı olan dəstək zamanında göstərilmədiyi halda uşaqların bu bacarıqlara yiyələnməsi də bir o qədər çətinləşir və uzun vaxt tələb edir. Uşaqda inkişaf ləngimələrinin olub-olmadığını aşkarlamaqda ən çox Skrininq testlərindən istifadə edilir, çünki zaman və maliyyə baxımından daha sərfəlidir. Ancaq inkişaf ləngiməsi/geriliyi şübhəsi olan uşaq üçün daha detallı qiymətləndirməyə ehtiyac vardır. Qiymətləndirmə, uşağın inkişafının və reabilitasiya prosesində haradan başlamalı olduğumuzun müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.
Bu təlim ilə siz, reabilitasiya və abilitasiya anlayışları haqqında ətraflı məlumat əldə edərək, bu proseslərin təşkilində hansı mərhələləri izləməli olduğunuz barədə biliklərə yiyələnəcəksiniz. Uşağın bacarıqlarının qiymətləndirilməsini, inkişafın funksional qiymətləndirməsi formasından istifadəni və uşağın qiymətləndirilməsi zamanı əməl olunmalı qaydaları öyrənəcəksiniz. Əlavə olaraq, uşağın tipik inkişafı haqqında (hər bir inkişaf sahəsinə aid spesifik olan bacarıqları və inkişaf ardıcıllığını) biliklərə yiyələnəcəksiniz. Bu, sizə uşaqda inkişaf geriliyinin aşkarlanmasında yardımçı olacaq və sonrakı mərhələdə müdaxilə/reabilitasiya işinizi istiqamətləndirəcək. Təlimin sonunda sizə “Uşağın Bacarıqlarının Qiymətləndirmə Cədvəli” təqdim olunacaq.
Təlimin Məzmunu:
- Reabilitasiya və abilitasiya barədə anlayış
- Rehabilitasiya və abilitasiya prosesi
- Qiymətləndirmə nədir və qiymətləndirmənin aparılması üçün şərtlər
- Uşağın bacarıqların qiymətləndirilməsinin keçirilməsi, cədvəllərdən istifadə edilməsi (Uşağın inkişaf ediləcək hər bir sahədə bacarıqların qiymətləndirilməsinin aparılması)
- Uşağın inkişafını əks etdirən müxtəlif qiymətləndirmə formalarından necə istifadə etmək lazımdır