Hərəkət vasitəsilə öyrənmə imkanlarının artırılması
İnsan doğulduğu andan (hətta ana bətnindən) etibarən hərəkət halındadır. İlk öncə öz bədənimizi, sonra isə ətrafımızda olanları hərəkətə gətirərək/hərəkət etdirərək ətraf mühitlə əlaqəyə girir, yeni məlumatlar əldə edirik. Beynimiz bu məlumatları bir yerə toplayaraq emal edir və bunun nəticəsində də yeni bilik və bacarıqlar öyrənirik, mövcud olanları isə daha da inkişaf etdiririk. Bir sözlə hərəkət, öyrənmə üçün əsas təşkil edir. Doğuşdan və ya sonradan fiziki məhdudiyyətə sahib olduğumuzda isə öyrənmənin artırılması üçün əlavə dəstəyə ehtiyac duyulur.
Bu təlim ilə siz, tipik və atipik inkişafla bağlı ətraflı məlumat əldə edərək, hərəkətin bünövrələri və növləri haqqında biliklərə yiyələnəcəksiniz. Funksional sərbəstliyin və iştirakın əhəmiyyətini anlayaraq fiziki məhdudiyyətli uşaqlar üçün istifadə olunan köməkçi fizio vasitələr, avadanlıqlar və cihazlarla ətraflı tanış olacaqsınız. Serebral iflici olan uşaqların motor əlilliyinin ağırlıq dərəcəsini təsvir etmək üçün əsas metod olaraq geniş qəbul olunan Böyük Motor Funksiya Təsnifat Şkalası (GMFCS) ilə tanış olaraq, müdaxilə prosesində öyrənməni hərəkət vasitəsilə necə dəstəkləyə biləcəyiniz haqqında ətraflı təsəvvürlərə yiyələnəcəksiniz.
Təlimin Məzmunu:
- Tipik və atipik inkişafın müəyyənləşdirilməsi
- İştirak və funksional sərbəstlik
- Hərəkətin bünövrə və növləri
- Fizio vasitələr və avadanlıqlar
- Böyük Motor Funksiya Təsnifat Şkalası (GMFCS)
- Serebral iflici olan uşaqlar üçün müdaxilələr
- Öyrənmənin hərəkət vasitəsilə dəstəklənmə üsulları