Erkən Yaşlarda Nitq İnkişafı
Ünsiyyət insanın bioloji varlıqdan sosial varlığa çevrilməsini təmin edən ən mühüm elementdir. Bu sosiallaşma müddətində isə daha çox sözlü ünsiyyət növü olan nitqdən istifadə edirik. Nitq bacarıqları sadəcə qarşımızdakı insanla ünsiyyətə girəbilmək üçün deyil, həm də öz duyğu və düşüncələrimizi ifadə etmək baxımından önəmlidir. Uşağın nitq bacarıqları doğulduğu hətta hələ ana bətnində olarkən inkişaf etməyə başlayır. Nitq bacarıqları dedikdə sadəcə danışmaq deyil, eyni zamanda danışılanı başa düşmək də nəzərdə tutulur. Çünki uşaqlar ilk olaraq sözləri eşidir, anlayır, beyinlərində depolayır sonra isə danışmağa başlayırlar.
Bu təlim ilə siz, nitq inkişafının komponentləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Erkən uşaqlıq dövründə nitq bacarıqlarının səs birləşməsi, söz quruluşu, sözlərin mənası və qrammatik qaydalara uyğunluq baxımından bir qayda olaraq necə inkişaf etdiyi haqqında biliklərə yiyələnəcəksiniz. Nitqin inkişaf mərhələlərini öyrənərək yaşına uyğun uşağın nitq bacarıqlarından nələr gözləmli olduğunuz haqqında təsəvvürlərə yiyələnəcəksiniz. Bu, sizə uşağın nitq inkişafında ləngimə olub-olmadığını müəyyənləşdirə bilməkdə yardım edəcəkdir.
Təlimin Məzmunu:
- Nitq inkişafının komponentləri
- Tipik nitq inkişafının mərhələləri
- Danışmadan əvvəlki dövrdə nitq inkişafı mərhələləri
- Danışma dövründə nitq inkişaf mərhələləri
- Məktəbəqədər dövrdə olan uşaqların ünsiyyət məqsədləri
- Məktəbəqədər dövrdə fonologiyanın inkişafı
- Məktəbəqədər dövrdə morfologiyanın inkişafı
- Məktəbəqədər dövrdə sintaksisin inkişafı
- Məktəbəqədər dövrdə semantikanın inkişafı və uşaqların yeni sözləri öyrənmə strategiyaları
- Praqmatik – Ünsiyyət funksiyaları
- Məktəbəqədər dövrdə hekayələşdirmə bacarığı