Aktiv Dinləmə- Ailələrlə, İcmalarla Və Mütəxəssislərlə İş
Əlilliyi olan uşağın valideyni və ya əsas baxıcısı olmaq unikal həmçinin çətin bir təcrübədir. Valideynlər və ailə üzvlərinin hər birinin fərqli və fərdi hissləri var. Onlar vəziyyəti tam başa düşməyə bilər, qəzəblənə və ya qorxa bilər, yaxud vəziyyətin öhdəsindən necə gəlməli olduqlarını bilməyə bilərlər. Dəstək göstərilməzsə, ailələr bu mənfi mərhələlərdə ilişib qala bilər və bu onların özlrinin də psixoloji vəziyyətlərinin çətinləşməsinə gətirib çıxarmaqla bərabər bu, onların uşaqlarına göstərdiyi qayğının səviyyəsinə mənfi təsir edəcəkdir. Bununla yanaşı müxtəlif ailələr və həmçinin eyni ailənin müxtəlif üzvləri dəyişikliyin öhdəsindən fərqli şəkildə gələcəkdir. Onlara lazım olan düzgün dəstəkdir və maarifləndirmədir. Bəzən ailələr əlilliyi olan bir uşağının qarşısında onun haqqında neqativ, ümidsiz danışmaqla, müzakirə etməklə səhvə yol verilir və güman edilir ki, həmin uşaq onları anlaya bilmir və ya başqa bir uşaqda olan eyni hisslər onda yoxdur.
Bu təlim ilə siz ailələrlə, uşaqlarla və mütəxəssislərlə işləyən zaman nəticələri və qarşılıqlı əlaqəni optimallaşdırmaq üçün vacib alətlərdən biri olan Aktiv Dinləmə haqqında biliklərə yiyələnəcəksiniz. Aktiv Dinləmə texnikalarını necə mənimsəmək və tətbiq etmək bacarıqlarını öyrənəcək, eyni zamanda təlimçinin liderliyində həmkarlarınız ilə dinləmə bacarıqlarını tətbiq etmə üsullarını təcrübədən keçirmə imkanı əldə edəcəksiniz.
Təlimin Məzmunu:
- Aktiv Dinləmə üçün lazım olan əsas keyfiyyətlər;
- Aktiv Dinləmənin əsas bacarıqları;
- Aktiv Dinləməyə mane olan baryerlər və onların aradan qaldırılması;
- Ünsiyyət zamanı suallardan istifadə (ünsiyyətə mane olan və dəstək verən suallar);
- Aqressiv hallarla baş etmə üsulları;
- Əlilliyi olan uşaqla ünsiyyət.