Açılış – Erkən müdaxilə və aşkarlama
Uşağın tipik inkişafında problemlər/ləngimələr yarandığı zaman onun təhsil, sosial və emosional təcrübələrdən öyrənmə bacarıqlarına da maneə yaranır. Nəticədə uşağın bütün inkişafı və gələcək həyatı mənfi təsirlənir. Öyrənmə, davranış və sağlamlıq üçün fundament hesab olunan sinir sxemləri həyatın ilk üç ilində ən elastik halda olduğu üçün məhz bu dövrdə inkişafdakı ləngimələr aşkarlanıb müdaxilə edildiyi zaman potensial inkişaf geriliklərini minimuma endirmək və uşağın gələcəkdə daha müstəqil həyat yaşaması üçün zəmin yaradılması mümkün olur. Erkən müdaxilə sadəcə uşaq üçün deyil, həm də onun ailəsi və içində yaşadığı icma üçün də müsbət təsirlərə malikdir. Yüksək keyfiyyətli erkən müdaxilə xidmətləri uşağın inkişaf trayektoriyasını müsbətə doöru dəyişdirərək, uşaqlar, ailələr və icmalar üçün nəticələri yaxşılaşdıra bilər.
Siz Erkən Müdaxilə anlayışı və onun məqsədi haqqında ətraflı məlumat əldə etməklə yanaşı erkən uşaqlıq dövründə inkişaf xüsusilə də beyin inkişafının haqqında ətraflı biliklərə yiyələnəcəksiniz. Və məhz bu dövrdə Erkən Müdaxilənin vacibliyini aydın şəkildə başa düşəcəksiniz. Erkən müdaxilə prosesini necə təşkil etməli olduğunuzu öyrənməklə yanaşı ailələri bu prosesə necə cəlb edə biləcəyiniz haqqında da aydın təsəvvürlərə yiyələnəcəksiniz.
Təlimin məzmunu:
- Erkən Uşaqlıq Dövründə Müdaxilənin Təsviri
- Erkən Uşaqlıq Dövründə Müdaxilənin Məqsədləri
- Beyin Elminin Erkən Müdaxilə ilə əlaqəsi
- Erkən Uşaqlıq Dövründə Müdaxilənin Prinsipləri