Əlilliyin Ailə və Cəmiyyət Kontekstində Anlaşılması

Hər bir uşaq unikal olduğu üçün bəzi problemlər də müxtəlif uşaqlarda müxtəlif cür təzahür edə bilir. Bəzi uşaqlar doğulanda əlilliyə səbəb olan və ya onun həyat fəaliyyətini məhdudlaşdıran hər hansı bir sağlamlıq problemi ilə doğulurlar (anadangəlmə əlillik), bəzi uşaqlar isə pis qidalanma, zədə, xəstəlik, etinasızlıq, zoraklıq və s. nəticəsində sonradan əlillik qazanırlar (sonradan qazanılmış əlillik). Əlillik vəziyyətinin, uşağa olduğu kimi onun ailəsinə, dostlarına və yerli icmaya da müəyyən fiziki, emosional və psixoloji təsirləri danılmazdır.

Bu təlim ilə siz, əlilliyin ailəyə təsiri və xüsusilə də Azərbaycan kontekstində cəmiyyət faktorunun əlilliyi olan uşağın həyatına təsirini daha yaxşı anlama imkanı əldə edəcəksiniz. Ailələrlə və uşaqlarla işləyərkən ailəyə-yönəlmiş yanaşmanın vacibliyini anlayaraq müxtəlif peşəkarlarla birgə işləyərək uşağın inkişafını necə optimallaşdıra biləcəyiniz haqqında biliklərə yiyələnəcəksiniz.

Təlimin məzmunu:

  • Əlillik konsepsiyasınının Beynəlxalq Təşkilatlar tərəfindən izahatı (anlaşılması) ( UNICEF, ÜST, BMT, ICF)
  • Əlillik vəziyyətinin uşaq və ailə baxımından təsiri
  • Mədəni və etnik dəyərlərin uşaq inkişafına təsiri
  • Əlilliyə yanaşmada tibbi modeldən sosial modelə keçid
  • Ayrıseçkiliyə qarşı əlilliyə yanaşmada “dilin gücü”
  • Diskriminasiyanın fərqinə varmaq və doğru zənn edilən yanlış fikirlər