Childhood Health, Education and Social Development – CHED
  • About
  • Teachers
  • Payment
  • Apply
  • Contact
  • Video
  • Azərbaycan
    • Azərbaycan
    • English
  • Prof. Tobi Lonq
    PhD, PT, FAPTA
    Professor, Erkən müdaxilə üzrə GU sertifikatlı,
    İnsan və Uşaq inkişafı mərkəzinin direktoru
    Corctaun Universiteti, ABŞ
  • CHED
    Uşaqlıq dövründə Sağlamlıq, Təhsil, Sosial İnkişaf üzrə baza kursu
Beyni öyrənən Elm: BÜTÜN Uşaqlar üçün İnklüziv Təhsil

Əlilliyi olan insanlar ilə işləyirsiniz və onların cəmiyyətdə hərtərəfli iştirakını dəstəkləyirsiniz? Və ya İnklüziv Təhsilin arxasında duran Koqnitiv Psixologiyadan xəbərdar olmaq istəyirsiniz? O zaman Corctaun Universitetinin beynəlxalq səviyyədə tanınan məruzəçisi və məsləhətçisi fəlsəfə elimləri doktoru Toby Long PT, FAPTA tərəfindən 3 dekabr 2019-cu il tarixində Holiday Inn, Baku-da keçiriləcək açıq mühazirəsinə qoşulun!

Mühazirədə iştirak edə bilmək üçün aşağıdakı məlumatları doldurub, qeydiyyatdan keçməyiniz vacibdir.

Tədbirdə iştirak etmə səbəbinizi qeyd edin:

KURS HAQQINDA
KURSUN MƏQSƏDLƏRİ
Uşaq inkişafına vahid / holistik yanaşmanın inkişaf etdirilməsi
Əlilliyə yanaşmada tibbi modeldən sosial modelə keçid
Böyüyə yönəlmiş yanaşmadan uşağa yönəlmiş yanaşmaya keçid

Uşağa yönəlmiş model uşağı özü etməsi /öyrənməsi /aşkar etməsi üçün həvəsləndirməyə fokuslanır, öyrənmə prosesini uşağa sevdirir və əlilliyi olan uşaqda daha yaxşı nevroloji inkişafı dəstəkləyir.

BU KURS KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUR?
Hədəf qrupu 0-8 yaş aralığında olan uşaqlarla işləyən mütəxəssislərdir

Sağlamlıq, təhsil və sosial sahələrdə işləyən mütəxəssislər (pediatrlar, psixoloqlar, nitq terapevtləri, nevropatoloqlar, fizioterapevtlər, inklüziv təhsil sahəsində çalışan müəllimlər və koməkçilər)
Sağlamlıq, təhsil və sosial sahədə xidmət göstərən menecerlər üçün

XİDMƏT SEKTORU

Reabilitasiya / abilitasiya xidmətləri
İcma əsaslı reabilitasiya
Psixoloji, pedaqoji və loqopediya xidmətləri
İnklüziv təhsil
Erkən müdaxilə
  • Sizin bu kursda iştirak etməniz üçün ali təhsilli olmağınız vacib deyil!
  • Kursun dili: Azərbaycan, İngilis (tərcümə ilə)
İŞTIRAKÇILAR AŞAĞIDAKI BİLİKLƏRİ ƏLDƏ EDƏCƏKLƏR
Alətlər
Hər bir uşağın ehtiyaclarına uyğun olan inkişaf planı hazırlamaq üçün uşağın nitq, qavrama, kiçik və böyük motorbacarıqları və davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətləri sizə təqdim edəcək
Praktiki bacarıqlar
Daha keyfiyyətli xidmət təklif edə bilməniz üçün sizin mövcud praktiki təcrübənizi daha da inkişaf etdirəcək.
Nəzəri biliklər
Kurs uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə dərin biliklər verməklə yanaşı, sizə mütəxəssis kimi özünüzü inkişaf etdirməniz üçün də yol göstərəcək.
KURSUN MƏĞZİ
Kurs UAFA təşkilatı və Vaşinqton Corctaun universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü əsasında ərsəyə gəlmişdir. Kursun yaradılmasında məqsəd uşaq inkişafı sahəsində işləyən mütəxəssislər üçün beynəlxalq akkreditasiyalı kursları təşkil edəcək Uşaqların Sağlamlığı, Təhsili və Sosial İnkişafı sahəsində akademik mərkəzin yaradılmasıdır.

Kursun sonunda Vaşinqton Corctaun universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzi adından sertifikat veriləcəkdir.

Bu kurs iştirakçılara gələcəkdə tam bakalavr / magistr təhsili zamanı kreditlər verəcəkdir. (Kreditlərin keçərliliyi yalnız Azərbaycandakı universitetlərlə məhdudlaşır).

KURSUN STRUKTURU
Hər dəfə 2 saatlıq məşğələlər şəklində olmaqla həftədə 2 dəfə, 12 həftə davam edəcək. Kursun sonunda iştirakçılar test imtahanindan keçiriləcəkdir, daha sonra 45 saatlıq praktiki mentorinq həyata keçiriləcəkdir. Mentorinq prosesinin məqsədi hər bir iştirakçının kurs müddətində əldə etdiyi bilikləri praktikada uğurla tətbiq etmələrinə nail olmaqdir. Həmçinin mentorinq prosesinin sonunda da Corctaun universiteti tərəfindən virtual (online) qiymətləndirilmə aparılacaq. Testdən və virtual (online) qiymətləndirmədən uğurla keçən şəxslərə Vaşinqton Corctaun universiteti adından Sertifikatlar təqdim olunacaq.
KURSA AİD ƏLAVƏ MƏLUMATLAR
İki məşğələdən daha artıq məşğələdə iştirak etməyən iştirakçılar sertifikat almaq hüququndan məhrum olacaqlar
Kursda iştirakçı sayı 15 nəfərlə məhdudlaşacaq
Kurs həftəsonu, axşamlar həyata keçiriləcəkdir
Ehtiyacdan asılı olaraq kursların ildə 3 dəfə təşkil olunması nəzərdə tutulur
KURSUN CƏDVƏLİ
HƏFTƏ #NƏZƏRİYYƏBACARIQLARIN İNKİŞAFI
1Kursla tanışlıqAilə və Cəmiyyət kontekstində əlilliyin dərki
2Ailələr, icma və mütəxəssislərlə iş - İcma əsaslı yanaşmaUşaqlar və onların ailələri ilə iş zamanı düzgün ünsiyyətin qurulması
3Erkən yaşlarda böyümə və inkişaf –İnteqrasiyalı yanaşmaİcmada uşağın qiymətəndirilməsi və skrininq üçün gərəkli bacarıqlar və alətlər
4Uşaqlıq dövrü təcrübəsi və mühit – uşağın inkişafına təsiriİnkişaf geriliyinin və funksional geriliyin qiymətləndirilməsi
5Strukturlaşmış oyun – Əqli, Fiziki, Emosional inkişafın optimallaşdırılması üçünStrukturlaşdırılmış oyun üçün bacarıqlar və ideyalar
6Erkən müəyyənləşdirmə və müdaxilənin vacibliyi - Uşaqlıq dövründə maskimum inkişafa nail olmaq üçünQiymətləndirmədən müdaxiləyə - qiymətləndirmənin xülasəsinə əsasən oyunəsaslı inkişaf planının hazırlanması
7Erkən yaşlarda nitq inkişafıNitqin inkişafını dəstəkləmək və ünsiyyətin optimallaşdırılması üçün praktiki bacarıqlar
8Davranış problemləri və davranışın idarə olunması üçün yanaşmalarÇətin Davranışların idarə olunması texnikası, bacarıqlar
9Davranış problemi olan uşağı anlamaq və dəstəkləməkDavranışların idarə olunmasında ailəyə dəstək göstərmək və özünü tənzimləmə texnikalarının inkişaf etdirilməsi
10Sensor proses və sensor qıcıqlara cavab reaksiyalarıEv şəraitində və məşğələ zamanı Sensor problemlərlə işləmək üçün vasitələrin/üsulların seçilməsi və tətbiqi
11Öyrənmə imkanlarını artırmaq üçün hərəkətHərərkət vasitəsilə öyrənməyə həvəsləndirmə
12Kursun icmalıIştirakçıların qiymətləndirilməsi
ÖDƏNİŞ

48 saat dərs və ildə bir dəfə Corctaun universitetinin mütəxəssisi tərəfindən keçiriləcək seminar da daxil olmaqla hər kursun qiyməti 600 AZN – dir.

CHED kursu

Uşaqlıq dövründə Sağlamlıq, Təhsil, Sosial İnkişaf üzrə baza kursu

  • 48 saat tədris
  • 45 saatlıq praktiki mentorinq
₼600 1 kurs
İndi al
KURS ÜÇÜN MÜRACİƏT

Dərslərin həftəiçi axşamlar yoxsa ancaq həftəsonları təşkil olunmasını istəyərdiniz?

Həftəiçi axşamHəftəsonlarıFərq etməz

Həftəiçi hansı günlər sizin üçün uyğundur? Zəhmət olmasa işarələyin

Bazar ertəsiÇərşənbə axşamıÇərşənbəCümə axşamıÇümə

Kurs müddətində İngilis dilində olan video və oxu materialları olacaq. Zəhmət olmasa, İngilis dili səviyyəniz barədə məlumat verərdiniz?

YoxdurKafiYaxşıƏla

Bu kurs barədə məlumatı necə əldə etdiniz?

CV-nizi əlavə edin

MÜƏLLİMLƏR

XARİCİ MÜTƏXƏSSİSLƏR

Prof. Tobi Lonq (ABŞ)

PhD, PT, FAPTA, Professor, Erkən müdaxilə üzrə GU sertifikatlı, İnsan və Uşaq inkişafı mərkəzinin direktoru, Corctaun Universiteti

Toby.Long@ched.az
Tami Lenert (ABŞ)

OTR/L,lisenziyalı Erqoterapevt, Münasibət əsaslı müdaxilə metodu üzrə sertifikatlı konsultant

Tammie.Lenert@ched.az
Sara Makkey (Avstraliya)

BSc, Lisenziyalı Fizioterapevt

Sarah.Mackay@ched.az
Mirjana Madiqan (Xorvatiya)

M.SC, lisenziyalı Təhsil Psixoloqu

Mirjana.Madigan@ched.az

AZƏRBAYCAN TƏRƏFİNDƏN

Ülviyyə Mirzəyeva

Həkim; Uşaq inkişafı üzrə mütəxəssis ( 17 il iş təcrübəsi)

Ulviyya.Mirzoyeva@ched.az
Züleyxa Nəcəfova

Həkim; Uşaq inkişafı üzrə mütəxəssis ( 15 il iş təcrübəsi)

Zuleykha.Najafova@ched.az
Nigar Əlibəyli

Uşaq inkiafı üzrə mütəxəssis, Tomatis metod üzrə lisenziyalı mütəxəssis

Nigar.Alibeyli@ched.az
Fidan Talışlı

Erkən başlanğıc Denver Modeli üzrə sertifikatlı terapist, bakalavr sonrası ABA üzrə ixtisaslaşmışdır

Fidan.Talishli@ched.az

 

Powered by BP and its Co-ventures in South Caucasus Pipeline project
CHED kursu bir SOSİAL SAHİBKARLIQ layihəsidir və buradan əldə olunan gəlir United Aid For Azerbaijan (UAFA) təşkilatının regionlarda aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi #PULSUZ sosial xidmətlərə yönləndirilir!
Яндекс.Метрика

The Landmark. 90A Nizami St,
Baku 1010

+994 70 497 2519

+994 12 497 2519

info@ched.az